Kitab Bakıda İ.Aşurbəyovun "kaspi" mətbəəsində 1912-ci ildə "2",1914-cü ildə "3" işarəsi ilə təkrar çap olunmuş, böyük uğur qazanmışdır. Əsərin indiki nəşri məşhur Ziyəddin Göyüşovun tərtib və qeydləri ilə 1960-cı ildə "Azərnəşr" də işıq üzü görmüş "Həsən bəy Zərdabi, seçilmiş əsərləri" kitabından götürülmüşdür. Elektron resursdan kitabxananın Elektron İnformasiya xidməti və KAA (kitabxanalar arası abonement) şöbəsində lokal şəbəkədə istifadə etmək olar. |